AZ

Messi yaşıdları arasında ən bahalı futbolçu oldu

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi tarixin 38 və daha yuxarı yaşlı ən bahalı futbolçularının reytinqinə başçılıq edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat nüfuzlu “Transfermarkt” portalında öz əksini tapıb.

Məlumata görə, iyunun 24-də 38 yaşı tamam olan Messinin transfer qiyməti 18 milyon avro qiymətləndirilib.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo isə 15 milyon avroluq transfer qiyməti ilə siyahıda ikinci olub.

Siyahıda ilk üçlüyü 10 milyon avroluq transfer qiyməti ilə Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luko Modriç tamamlayıb.

Qeyd edək ki, əvvəlki rekord 38 yaşında transfer qiyməti yenə 15 milyon avro olan Kriştianu Ronaldoya məxsus olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
yeniavaz.com

2Mənbələr