AZ

Aurası ən yüksək olan 5 bürc

Auranın gücü bəzən sözsüz belə insanı fərqləndirə bilir. Bəzi insanlar var ki, hansı mühitə daxil olsalar, diqqətləri öz üzərinə çəkməyi bacarırlar. 

News24.az xəbər verir ki, bu cür enerjisi güclü insanların bürcləri ilə də birbaşa əlaqəsi var.

Mütəxəssislərə görə, aurası ən yüksək olan 5 bürc bunlardır:

Əqrəb

Əqrəblər çox vaxt səssiz və sakit olsalar da, olduqları yeri idarə edirlər. Onların baxışları belə insanı təsir altında saxlayır. Güclü intuisiya və dərin aura bu bürcün təməl xüsusiyyətlərindəndir.

Şir

Özünəinamlı, cazibədar və lider ruhlu Şirlər girdikləri məkanlarda tez fərqlənirlər. Onlar doğuşdan diqqət mərkəzində olmağa vərdiş ediblər. Auraları ilə insanları heyran edə bilirlər.

Balıq

Bu bürc insanlarının enerjisi sakit, lakin çox dərin olur. Onlar empatiya və ruhi yaxınlıqla başqalarının qəlbinə toxunmağı bacarırlar. Balıqların aurası incə olsa da, güclü "vibrasiya" yayır.

Oxatan

Azad ruhlu, enerjili və pozitiv aurası ilə tanınan Oxatanlar ətraflarına daima xoş enerji yayan bürclərdəndir. Onların təbii xarizması insanları özünə çəkir.

Tərəzi

Estetikaya və harmoniyaya önəm verən Tərəzilər çox zaman zərif və ahəngdar auraları ilə seçilirlər. Onlarla ünsiyyət rahatlıq və pozitivlik gətirir.

Bu bürclərin nümayəndələri enerjiləri ilə ətraf mühitə təsir göstərməyi bacarırlar. Onların yanındaykən özünüzü daha güvəndə, rahat və pozitiv hiss edə bilərsiniz./baku.ws

Seçilən
5
2
news24.az

3Mənbələr