
Bəs xalq artistinin hazırkı durumu necədir?
Heftelik.az-ın məlumatına görə, məsələ ilə bağlı xalq artisti Mələkxanım Eyyubova ilə əlaqə saxlayıb. Sənətçi saytımıza açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirdi:
“Yaxşıyam, şükür, hər şey yaxşıdır. Bir balaca mədəmə soyuq olmuşdu. İstər-istəməz bu gərginliklə ora-bura qaçırsan. Başqa heç nə. O yorğunluq-filan xoş yorğunluqdur. Sadəcə, mədəmə soyuq olmuşdu, onda da fikir vermədim, gəlib oturdum. Amma orada ürəkbulanma məni narahat etdi. Belə olmasaydı, heç qalxmayacaqdım. Yəni mənim üçün əsas önəmlisi müsabiqə idi, amma mümkün olmadı, proqramdan çıxmalı oldum. Amma sağ olsunlar, Mərdəkanda hər şeyi yüksək səviyyədə həll etdilər, icra başçısı hər kəsi təlimatlandırmışdı”.