“Barselona” ev oyunlarını keçirdiyi “Kamp Nou”ya qayıdacağı vaxtı açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub yenidənqurma işlərinin bitmək üzrə olduğunu və avqustun 10-da yeni mövsümə “Kamp Nou”da başlayacağını bildirib.
Arena iki ildir, təmirdədir. “Barselona” başa çatan mövsümdə ev oyunlarını Olimpiya stadionunda keçirib.