AZ

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi

Prezident İlham Əliyev “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik passport verilən şəxslərin siyahısı genişləndirilib.
 
Belə ki, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.
 
Bundan başqa, dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişiklik edilib.
 
Belə ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Seçilən
3
1
moderator.az

2Mənbələr