AZ

Böyük Britaniya Rusiya aktivləri hesabına Ukraynaya raketlər tədarük edəcək

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Rusiya aktivlərindən əldə edilən vəsait hesabına 350 ədəd zenit idarə olunan raket tədarük edəcək.

“Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu, Ukraynanın hücumlardan qorunmasına kömək edəcək.

Qeyd edilib ki, tədarük olunacaq raketlər Böyük Britaniyanın Ukraynaya verdiyi RAVEN hava hücumundan müdafiə (HHM) sistemləri vasitəsilə buraxıla biləcək.

Həmçinin yaxın günlərdə Böyük Britaniya tərəfindən daha beş ədəd RAVEN-in Ukraynaya çatdırılması planlaşdırılır. Bununla Ukraynaya verilən RAVEN HHM sistemlərinin ümumi sayı 13-ə çatmış olacaq.

Seçilən
4
poliqon.az

1Mənbələr