AZ

Beyləqan və Yardımlıya yeni prokuror təyin edildi

Beyləqan rayonuna yeni prokuror təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.
 
Başqa bir əmrlə Yardımlı rayonuna Fəxri Məmmədov prokuror təyin edilib.
 
Bundan başqa, Qobustan, Qəbələ, Ağstafa, Göyçay, Ağdam, Yevlax rayonlarına da prokuror təyinatı olub.
 
Qeyd edək ki, ümumilikdə bu gün 7 rayonunun prokuroru yenidən əvvəlki postuna təyin olunub.
Seçilən
3
1
moderator.az

10Mənbələr