ain.az, Redaktor.az saytına istinadən bildirir.
Goranboy rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Gülgün Əsgəova müəllimlərin sertikatlaşdırma prosesində biologiya fənnindən 56 bal toplayıb.
Bu barədə Redaktor.az-a məktəbdən bildirilib.
"Gülgün müəllimi təbrik edir, ona uğurlar arzu edirik", - məktəbin təbrikində deyilir.
Həmçinin qeyd olunub ki, Gülgün Əsgəova 2017-ci ildə məktəbin diaqnostik nəticə üzrə ən yüksək nəticə göstərən müəllimi olub. Eyni zamanda Gülgün müəllimin şagirdi bu il fənn müsabiqəsinin qalibi olub, gümüş medal alıb.
Turan İSMAYIL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.