AZ

Gənc rejissor və aktyorlar diplom işlərini təqdim ediblər

Rejissorluq və aktyorluq fakültələrini bitirən bir neçə gənc Sumqayıt Dövlət Dram Teatrında diplom işlərini təqdim ediblər.

Kulis.az xəbər verir ki, Nizami Gəncəvinin yaradıcılıq konseptində Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Xəzinə" tamaşasında gənc aktyor Emil Həmidovun oynadığı Məcnun rolu komissiya tərəfindən onun diplom işi kimi qiymətləndirilib.

Mədəniyyət və İncəsənət Universitetinindiplom tamaşaları üzrə komissiyanın sədri, Xalq artisti Cəfər Namiq Kamal, universitetin Sabah mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev də tamaşanı izləyənlər sırasında idi.

Xeyir və şər mübarizəsi, zəka və sərvətqütbləri kontekstindədramaturji konflikt tamaşanın süjet xəttini təşkil edir.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamları Nizami Dadaşov, Arif Müzəffərovdur. Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə, rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Seçilən
6
kulis.az

1Mənbələr