Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azalaraq 807,6 min nəfər olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 36,5 %-i Türkiyəyə, 16,4 %-i Rusiyaya, 11 %-i Gürcüstana, 11 %-i İrana, 25,1 %-i digər ölkələrə səfər edib, 66,8 %-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 % artıb, Türkiyəyə gedənlərin sayı 6,2 %, Rusiyaya gedənlərin sayı isə 25,3 % azalıb.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.