AZ

Deputatın partiyası da qurultaya gedir

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Böyük Azərbaycan Partiyasının Mərkəzi Qərargahında növbəti qurultaya hazırlıq məqsədilə rayon təşkilatlarının ilkin iclasına start verilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın sədri Elşad Musayev məlumat verib.

Sədr bildirib ki, bu məqsədlə ilk olaraq partiyanın Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib, qurultay nümayəndələrinin seçilməsi məsələsi müzakirə olunub.

Növbəti qurultaya qədər partiyanın bütün rayon təşkilatlarının qurultaya hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, Böyük Azərbaycan Partiyası 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. 2000-ci ildə Elşad Musayev Azərbaycan Milli İstiqlal Partiyasından istefa verib və 11 may 2003-cü ildə Böyük Azərbaycan Partiyasının qurultayında sədri seçilib. O, 2024-cü il parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olub Milli Məclisinin VII çağırış deputatı seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
qaynarinfo.az

1Mənbələr