Rusiya tərəfi lazım gələrsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 25-də keçirdiyi brifinqdə deyib.
O, bu sazişin regionda sabitliyin və təhlükəsizlik mühitinin təmin edilməsi üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. “Biz öz tərəfimizdən həmişə təkrar edirik ki, əgər buna tələb olarsa, biz bu prosesi asanlaşdırmağa hazırıq”, -deyə Kremlin nümayəndəsi qeyd edib.
ZÜMRÜD