Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"İsrail ilə hər hansı bəndləri ehtiva edən hər hansı yazılı razılaşmamız olmayıb".
Bakıvaxtı.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
O, bildirib ki, İran yəhudi dövlətinin təcavüzünü dayandırdıqdan sonra İsrailə qarşı cavab zərbələrini dayandırıb:
"Baş verən sionistlərin təcavüzünün sona çatması olub və buna paralel olaraq, İran hazır vəziyyətdə qalaraq, heç bir hücum həyata keçirməyəcək".
Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və məqsədi nüvə proqramını məhv etmək olub. İyunun 22-də ABŞ İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İyunun 24-də ABŞ prezidenti Donald Tramp tərəflər arasında atəşkəs elan edib, bunu İran və İsrail də təsdiqləyib.
Gülşən Şərif
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.