AZ

ABŞ və İsrailin hücumları nüvə obyektlərimizə ciddi zərər verib - Bəqai

BAKI,TurkicWorld

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkənin nüvə obyektlərinin "ciddi zərər gördüyünü" açıqlayıb.

TurkicWorld xəbər verir ki, Bəqai bildirib ki, hücumlar İranın nüvə proqramına ciddi təsir edib və beynəlxalq ictimaiyyətin ABŞ-ın bu hərəkətlərini qınaması vacibdir.

Sözçü qeyd edib ki, Tehran nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etmək niyyətindədir və bu hüququndan vaz keçməyəcək.

O həmçinin İran parlamentinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə toxunaraq bildirib ki, baş verənlər fonunda İranın MAQATE ilə münasibətlərini yenidən nəzərdən keçirməsi təbiidir.

ABŞ 22 iyun tarixində İranın Fordo, İsfahan və Natanz şəhərlərində yerləşən üç əsas nüvə obyektinə hava hücumu həyata keçirib. Bu hücumlar İranın nüvə proqramının əsas strukturunu tamamilə məhv etməsə də, onu aylarla geriyə salıb.

İsrail ordusu isə bu gün yaydığı bəyanatda hücumların İranın nüvə proqramına nə qədər zərər verdiyini müəyyənləşdirməyin hələ tez olduğunu bildirsə də, Tehranı "illərlə geri saldıqlarını" iddia edib.

İran tərəfi isə hələlik hücumlarla bağlı texniki detalları paylaşmayıb. Lakin rəsmi Tehran baş verənləri ölkənin suverenliyinə və beynəlxalq hüquqa açıq təcavüz kimi qiymətləndirir.

Seçilən
55
50
turkic.world

10Mənbələr