AZ

İran İsrailin beş hərbi obyektini vurub – Gizli məlumatlar YAYILDI

Britaniyanın Daily Telegraph nəşri ABŞ-ın Oregon Dövlət Universitetinin tədqiqatçıları tərəfindən təqdim olunan peyk radar məlumatlarına istinadən, İranın son 12 günlük müharibə zamanı ən azı beş İsrail hərbi obyektini raket zərbələri ilə vurduğunu bildirir.

KONKRET.az xəbər verir ki, İsraildə bu məlumat hərbi senzura səbəbindən gizli saxlanır.

Hücumlar ölkənin şimalında, cənubunda və mərkəzində yerləşən əsas obyektlərə, o cümlədən böyük bir avia bazaya, radio-kəşfiyyat mərkəzinə və logistika bazasına yönəldilib. İlkin məlumatlara görə, ümumilikdə bu obyektlərə altı raket atılıb.

İsrail ordusu zərərin miqdarı və raketlərin müdafiə sistemləri tərəfindən nə qədər effektiv şəkildə vurulduğu barədə şərh verməkdən imtina edib, yalnız bütün bölmələrin döyüş qabiliyyətini saxladığını bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
5
50
konkret.az

10Mənbələr