AZ

Arveladze Superliqa klubuna qayıtdı

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi bəlli olub.

Msport.az xəbər verir ki, Superliqa təmsilçisini Şota Arveladze çalışdıracaq.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Burak Yılmazı əvəzləyib.

Qeyd edək ki, Şota Arveladzenin son iş yeri “Fatih Karagümrük” olub. O, 2012-2015-ci illərdə də “Kasımpaşa”nı çalışdırıb. Arveladze Türkiyədə “Kayserispor” və “Trabzonspor”un da baş məşqçisi olub.

Seçilən
26
msport.az

1Mənbələr