AZ

İsrail əsilli şəxs 2 yaşlı Məhəmmədi belə öldürmək istədi - VİDEO

Moskvanın Şeremetyevo hava limanında İsrail əsilli Belarus vətəndaşı iki yaşlı iranlı uşağı öldürməyə çalışıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Müşahidə kameraları tərəfindən lentə alınan kadrlarda 31 yaşlı Belarus vətəndaşı Vladimir Vitkov Məhəmməd adlı 2 yaşlı iranlı uşağı öldürmək niyyəti ilə qaldıraraq yerə çırpıb.

Uşaq ağır kəllə sınığı və ağır onurğa xəsarətləri alıb. O, hazırda koma vəziyyətindədir. Təcavüzkar isə "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə mühakimə olunub. 

Ağarza Elçinoğlu

Seçilən
10
1
unikal.az

2Mənbələr