İran Prezidenti Məsud Pezeşkian iyunun 27-də Minskdə keçiriləcək Avrasiya İqtisadi Birliyinin (Aİİ) sammitinə getməyəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya Prezidentinin köməkçisi Yuri Uşakova istinadən məlumat yayıb.
"İran Prezidenti, başa düşülən səbəblərdən, Aİİ sammitində şəxsən iştirak etməyəcək, lakin videomüraciət göndərəcək", - Y.Uşakov jurnalistlərə bildirib.