AZ

Gəncədə ağır qəza: 4 müəllim xəsarət aldı

Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1985-ci il təvəllüdlü Vasif Məmmədov və 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qəzaya düşən şəxslər Şəmkirdə orta məktəb müəllimləridir. Onların vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
4
50
tribunainfo.az

10Mənbələr