ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”dan ayrılacaq Luka Modriç karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu “Milan” klubunda çıxış edəcək. 39 yaşlı oyunçu ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatından sonra yeni komandası ilə müqavilə bağlayacaq.
2012-ci ildən “Real”da çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.