AZ

12 gündə İran və İsrail bir-birinə hansı ziyanları vurdular?..


İlyas Hüseynov: “Dövlətlərin bir-birinə qarşı düşmənçilik siyasəti yeni mərhələdə hərbi əməliyyatların həyata keçirilməsi ilə yekunlaşdı”

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanmalara da səbəb oldu. Hərbi toqquşmalar 12 gün davam etdikdən sonra tərəflər arasında nisbi sabitlik bərqərar olmağa başladı.

Yaxın Şərqdə yaşanan son hərbi qarşıdurma - İran və İsrail arasında baş vermiş müharibə beynəlxalq narahatlıqlar fonunda əldə olunmuş atəşkəslə yekunlaşdı. Hər iki tərəf özünü qalib elan edir, amma strateji mənzərə təkcə qələbə və məğlubiyyət deyil, həm də ciddi itkiləri və məhdud qazanc nöqtələrini göstərir.

Maraqlıdır, 13 iyun tarixində başlanan müharibə ilə İran və İsrail bir-birinə nə kimi ziyan vurdular?

Məlumata görə, İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb. İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman xarici mediaya açıqlamasında bildirib ki, müharibə nəticəsində15 500-dən çox insan evini itirib.

Iranda isə iyunun 13-dən bu yana 606 iranlı vəfat edib.

13 günlük İran-İsrail müharibəsi dönəmində hər iki ölkəyə nə kimi ziyan dəyib?

“İran və İsrail arasında müharibə böyük dağıntılara, siyasi böhrana və geopolitik ziddiyyətlərə səbəb oldu”

Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran və İsrail arasında olan 13 günlük müharibə bir sıra hadisələrlə yadda qaldı. Məlum müharibə böyük dağıntılara, siyasi böhrana və geopolitik ziddiyyətlərə səbəb oldu: “Eyni zamanda, ciddi problemlərin olması ona dəlalət edir ki, dövlətlərin bir-birinə qarşı düşmənçilik siyasəti yeni mərhələdə hərbi əməliyyatların həyata keçirilməsi ilə yekunlaşdı”.

Həmsöhbətimiz xüsusi olaraqvurğuladı ki, müharibənin dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı razılaşma önəmlidir: “Danılmaz faktdır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti əldə olunan razılaşmanı öz siyasi kapitalına çevirməyə çalışır. NATO-nun toplantısında da bu kimi məsələlər aktual olur, qardaş Türkiyənin də rolunu xüsusi qeyd etmək lazımdır”.

Günel CƏLİLOVA

Seçilən
67
50
baki-xeber.com

10Mənbələr