AZ

Stefano Pioli “Əl-Nəsr”dən ayrıldı

İtaliyalı mütəxəssis Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı baş məşqçi vəzifəsindən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl mətbuat Stefanonun İtaliya A seriyasına qayıda biləcəyini yazıb. Xüsusilə “Fiorentina”nın 58 yaşlı çalışdırıcının xidmətlərində maraqlı olduğu bildirilir.

A Seriyasında Pioli “İnter”, “Milan”, “Latsio”, “Bolonya” və məhz “Fiorentina” kimi klublarda baş məşqçi kimi çalışıb. O, “Əl-Nəsr”in sükanı arxasına 2024-cü ilin sentyabrında keçmişdi.

Piolinin rəhbərliyi altında “Əl-Nəsr” 2024/2025 mövsümünü Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində üçüncü pillədə tamamlayıb. Komandanın heyətində ulduz futbolçu Kriştianu Ronaldu da çıxış edir.

Seçilən
42
26
90deqiqe.az

10Mənbələr