AZ

Qurban Qurbanov və futbolçuları "İmarət"də - VİDEO + FOTOLAR

"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Ağdamda inşa edilən "İmarət" stadionunda olublar.

Adalet.az xəbər verir ki, komanda üzvlərinə Ağdam şəhərinin baş planı, 2026-cı ildə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib.

Eyni zamanda, "Qarabağ"ın üzvləri "İmarət" stadionunun tikintisi, burada görülən işlərlə yaxından tanış olublar. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov kompleksin ərazisində fəaliyyət göstərəcək idman obyektləri ilə bağlı komanda üzvlərini məlumatlandırıb.

Daha sonra komanda üzvləri Ağdam Cümə məscidinə baş çəkiblər. Qurban Qurbanov və bir neçə futbolçu məsciddə namaz qılıb.

Ardınca isə "İmarət" Kompleksi ziyarət edilib, orada sakinlərlə görüş olub.

Qeyd edək ki, səfər "Qarabağ"ın Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Seçilən
0
2
adalet.az

3Mənbələr