AZ

Əgər gözlənilmədən ABŞ VƏ İRAN arasında SAVAŞI BAŞLASAYDI...

Son günlərdə İranın nüvə obyektlərinə qarşı ABŞ-ın B-2 bombardmançıları vasitəsilə həyata keçirdiyi ağır hava zərbələri beynəlxalq arenada ciddi narahatlıq doğurdu ABŞ-ın istifadə etdiyi onlarla ton ağırlığında bunker deşici bombalar regionda gərginliyi ən yüksək həddə çatdırıb. Cavab olaraq İran rəhbərliyi rəsmi şəkildə qisas alınacağını bəyan etdi. Lakin nəticədə Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin yekun qərarı və İranın da razılığı ilə bu savaş dayandırıldı. 


Beləliklə də bu hadisələrin gərginliyi nəticəsində Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında birbaşa müharibə ola bilərdimi? Eyni zamanda, belə bir ssenarinin reallaşacağı təqdirdə Azərbaycanın və xüsusilə regionda mühüm geosiyasi aktor olan Türkiyənin tutacağı mövqe nədən ibarət ola bilərdi?


Bu mövzu ətrafında Real partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli Referans mediaya verdiyi açıqlamasında  bildirib ki, ABŞ ilə İran və ya İsrail ilə İran arasında birbaşa yerüstü müharibə ehtimalı olduqca aşağı idi.  Ekspert onu da diqqətə çatdırıb ki, bu cür qarşıdurmaların coğrafi və siyasi səbəblərə görə baş tutması real görünmür.  Çünki yerüstü əməliyyatların baş verəcəyi qeyri-realdır. Əvvəla onu qeyd edək ki,  ABŞ və İran arasında məsafə böyükdür. Həmçinin də Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə məqsədyönlü bir strategiyası yoxdur. Yalnız raket zərbələri, hava hücumları mümkündür və biz bunun nümunələrini artıq gördük. Amma genişmiqyaslı quru əməliyyatları gözlənilmir.


Natiq Cəfərli həmçinin vurğulayıb ki, bu proseslər fonunda nə Azərbaycan nə də Türkiyə müharibəni dəstəkləyən mövqe sərgiləmədi. Hər iki ölkənin rəsmi mövqeyi münaqişənin sülh yolu ilə danışıqlar əsasında konfliktin həll olunmasını təmin etməkdən ibarət oldu. Azərbaycan və Türkiyə münaqişənin diplomatik yollarla tezliklə başa çatmasına cəhd etdi. Məhz doğru yanaşma da məhz budur.




Siyasi şərhçi eyni zamanda deyib ki,  onun siyasi proqnozları özünü doğruldub. Ekspert  qeyd edib ki,  proseslər savaş müddətində onun düşündüyü kimi də yekunlaşdı.  Yəni, qısa zaman ərzində tərəflər arasında müəyyən razılaşmalar əldə edildi. Bununla da hər iki ölkənin qarşılıqlı zərbələri də sona çatdı. Çünki bu kimi toqquşmaların sonu yoxdur.


"Nəticə olaraq, bölgədə vəziyyətin nə qədər kritik olmasına baxmayaraq, ekspertlər genişmiqyaslı müharibə riski də yoxdur.  Çünki raket və hava zərbələri mütəmadi olaraq beynəlxalq birliyin diqqət mərkəzindədir. Türkiyənin diplomatik cəhdləri və Azərbaycanın neytral mövqeyi bu cür qlobal gərginliklər fonunda regionun sabitliyi üçün vacib rol oynayır",-deyə partiya sədri əlavə edib.



Gülgəz Qədirova 

Referans

Seçilən
12
referans.az

1Mənbələr