AZ

FHN-in Mülki müdafiə qoşunlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə bildirilib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə böyük işlər həyata keçirilib. Ümummilli Liderin başladığı mütərəqqi siyasət hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü göstərib.

Tədbirlərin yekununda Azərbaycan Silahlı Qüvvələrinin tarixinə həsr olunmuş milli vətənpərvərlik ruhunda filmlər nümayiş etdirilib, milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.

Seçilən
14
7
azertag.az

8Mənbələr