AZ

“Benfika” tarixi rekorda imza atdı

FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunun “Bayern”lə oyunu (1:0) Portuqaliya nəhəngi “Benfika” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən kollektiv klub tarixi ərzində “Bayern” üzərində ilk qələbəsini qazanıb.

Buna qədər Portuqaliya və Almaniya nəhəngləri rəsmi yarışlar çərçivəsində 14 dəfə qarşılaşıblar. 10 oyunda “Bayern” Portuqaliya nəhəngini məğlub edib, 3 oyunda isə “qartallar” heç-heçə əldə edə biliblər.

Komandaların buna qədər sonuncu oyunu 2024-cü ildə, Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində baş tutmuş, “Bayern” 1:0 hessablı qələbəyə sevinmişdi.

Əlavə edək ki, yarışın qrup mərhələsini adlamış “Benfika” və “Bayern” klublararası dünya çempionatının 1/8 final mərhələsində çıxış edəcəklər. Portuqaliya nəhəngi İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Almaniya nəhəngi isə Braziliya nəhəngi “Flamenqo” ilə üzləşəcək.

Seçilən
265
24
arena.az

10Mənbələr