AZ

Tramp-Rusiya yaxınlaşması Paşinyanı narahat edir

Tramp-Rusiya

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının Rusiya ilə münasibətləri bərpa etməyə başlaması səbəbindən çətin vəziyyətdə qalıb. Bu barədə RİA Novosti xəbər agentliyinə MDB məsələləri üzrə Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin müsahibəsində məlumat verilib.Onun sözlərinə görə, bu vəziyyət Ermənistanın baş nazirini Rusiya Federasiyasına qarşı kampaniya apararkən daha ehtiyatlı olmağa vadar edib, lakin prinsipial olaraq heç nə dəyişməyib.“Paşinyanla əlaqələrin inkişafı ilə bağlı planlar qurmaq qum üzərində bina tikmək kimidir. Bu, dayanıqlı ola bilməz, hər an yıxıla bilər,” — deyə deputat Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) müsahibəsində bildirib.O, həmçinin bu mövqeyin Rusiyanın milyarderi, “Tashir” şirkətlər qrupunun prezidenti və xeyriyyəçi Samvel Karapetyan və Ermənistan Apostol Kilsəsi ilə bağlı hadisələrdən də aydın olduğunu qeyd edib.Ulusum.az

Diqqət Çəkənlər

Əgər Tramp İranın nüvə obyektlərinə hücum etməsəydi...

Ümidverici xəbər: aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb

Tramp deyir ki, İranla İsrail arasında atəşkəs sonsuza qədər davam edəcək

Seçilən
25
50
ulusum.az

10Mənbələr