AZ

“Sheki Open” beynəlxalq şahmat festivalı başa çatdı

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.

Operativ Media xəbər verir ki, A qrupunda 9 turda hamıdan çox – 8 xal toplayan Azərbaycan şahmatçısı Xaqan Əhməd qalib olub.

7 xal toplayan Ukrayna şahmatçısı Vasili Bernardski turniri ikinci pillədə başa vurub. Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimli ilə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar.

“Sheki Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan”ın bir mərhələsidir. İyunun 27-də layihənin növbəti yarışı – “Shamaxhi Open” turniri start götürəcək

Seçilən
18
12
operativmedia.az

7Mənbələr