AZ

Qadın sərnişinlərə “padxod” edən daha bir taksi sürücüsü tutuldu – ŞOK GÖRÜNTÜLƏR

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Binəqədi rayonunda keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, belə hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına məlumat versinlər.

Seçilən
0
25
hurriyyet.az

10Mənbələr