AZ

Özbəkistan nüvə yanacağı alacaq



Özbəkistan 2029-cu ilin ortalarında AES-in ilk enerji bloku üçün nüvə yanacağı alacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “AES-in tikintisi üzrə Direktorluq” Dövlət Müəssisəsinin əsaslı tikinti üzrə direktor müavini Otabek Amanov məlumat verib.

Onun sözlərinə görə, müqaviləyə əsasən, yanacaq 2029-cu ilin sonuna planlaşdırılan birinci blokun işə düşməsindən altı ay əvvəl sahəyə çatdırılmalıdır.

Müvafiq olaraq, yanacaq 2029-cu ilin ortalarında təhvil verilməlidir.

Eyni zamanda, Özbəkistan təbii uranı iki il əvvəl - 2027-ci ildə Rusiya tərəfinə verməlidir.

Süleyman
Seçilən
63
1
newscenter.az

2Mənbələr