AZ

“Sosial müdafiə və sosial təminat” sektoru ilə bağlı İşçi qrupun ilk iclası keçirilib

İyunun 25-də Maliyyə Nazirliyi və Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Sosialmüdafiə və sosial təminat” sektorunun nəticəəsaslı büdcəmexanizminə cəlb olunması ilə bağlı yaradılmış birgə İşçi qrupununilk iclası keçirilib.

Trend xəbər verir ki, iclasdayeni büdcə mexanizminin tətbiqi ilə bağlı yanaşma işçi qrupununüzvlərinin diqqətinə çatdırılıb, “Sosial müdafiə və sosial təminat”sektoru üzrə strateji planlaşdırma, strateji və risk təhlilləri iləbağlı tövsiyələr verilib.

Eyni zamanda, büdcə sifarişlərinin keyfiyyətlə hazırlanmasızamanı qanunvericiliyin tələblərinin, eləcə də büdcəgöstəricilərinin müəyyən edilməsində gender amillərinin nəzərəalınması ilə bağlı konseptual yanaşmalar barədə geniş məlumatverilib, sosial sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasıilə bağlı təkliflər iclas iştirakçılarının diqqətinəçatdırılıb.

İclasda “Sosial müdafiə və sosial təminat” sektoru üzrə2026-2029-cu illər üçün hazırlanmış strateji siyasətintəkmilləşdirilməsi ilə bağlı Maliyyə Nazirliyinin tövsiyələri, eynizamanda sektor üzrə proqram təsnifatının tərtibi, büdcəsifarişlərinin və büdcə planlarının hazırlanması, həmin planlarınicrası ilə bağlı hesabatlıq və monitorinq, həmçinin sektorunislahatlara cəlb olunması ilə əlaqədar digər məsələlərin genişmüzakirə olunub.

Birgə İşçi qrupunun yaradılmasının məqsədi “Sosial müdafiə vəsosial təminat” sektoru üzrə strateji planın, o cümlədənicmallaşdırılmış büdcə planının qanunvericilikdə nəzərdə tutulmuşvaxtda və keyfiyyətlə hazırlamaq, sektorun nəticəəsaslı büdcəmexanizminə effektiv və mərhələli inteqrasiyasının həyatakeçirilməsi üçün operativ əməkdaşlığı təmin etməkdir.

Seçilən
293
7
az.trend.az

4Mənbələr