AZ

İspaniya millisinin üzvü “Arsenal” yolunda

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.

Apasport.az xəbər verir ki, ispaniyalı qolkiper "Arsenal"a keçəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Arsenal" İspaniya millisinin üzvü üçün 5 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"un formasını geyinib. 30 yaşlı "əlcək sahibi" Premyer Liqa təmsilçisinin heyətində 35 rəsmi matçda meydana çıxıb.

Emre Belözoğlundan sürpriz qərar: "Antalyaspor"dan ayrıldı

Ronaldonun komandası baş məşqçisi ilə yollarını ayırıb

Moratanı ölümlə hədələyən azarkeş saxlanılıb

"Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib

“Santos” Neymarı heyətində saxladı - RƏSMİ

Seçilən
0
45
apasport.az

10Mənbələr