AZ

"Ağıllı ana - ağıllı uşaq": elm bu fikri təsdiqləyib

"Zəkanın kimdən keçdiyi məlum olub: Ana genləri həlledici roldadır..."

Genetika dünyasını sarsıdan yeni araşdırmalar ananın övladın intellektual inkişafındakı xüsusi rolunu ön plana çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə "progoroduhta.ru" nəşri yazıb.

Nəşr qeyd edir ki, Britaniyanın Tibb Araşdırmaları Şurasının Sosial Elmlər Bölməsi tərəfindən aparılan və "Psychology Spot" jurnalında dərc olunan tədqiqat 14-22 yaş arası 12 min gəncin genetik məlumatlarını təhlil edərək, uzun illərdən bəri açıq qalan bir suala cavab verməyə çalışıb: Zəka əsasən kimdən miras qalır?

X-xromosomunun sirri: Ana niyə önəmlidir?

Tədqiqatın mərkəzində X-xromosom durur - məhz bu xromosom intellektlə bağlı əsas genləri daşıyır. Qadınlar iki X-xromosomaa sahib olduqları üçün, həmin genlərin "ikiqat nüsxəsini" övladlarına ötürmə şansı daha yüksəkdir. Alimlərin qənaətinə görə, bu, ananın uşağın zehni inkişafında atasına nisbətən daha böyük genetik rol oynamasına səbəb olur.

Üstəlik, X-xromosomu ilə atadan keçən genlər bəzən zəif aktivlik göstərir, yəni ya qismən, ya da tamamilə işlək olmur. Bu isə o deməkdir ki, genetik zəkanın ötürülməsində anadan gələn "pay" daha üstün ola bilər.

Genetika hər şey deyil- mühit də az rol oynamır

Ancaq araşdırma burada dayanmayıb. Alimlər vurğulayır ki, zəka yalnız genetik kodla müəyyənləşmir. Ətraf mühit - ailə atmosferi, təhsil səviyyəsi, sosial imkanlar, informasiya resurslarına çıxış, qidalanma və emosional sabitlik uşağın zehni inkişafında azı genetik qədər təsirli ola bilər.

Yəni potensialı nə qədər yüksək olsa da, əlverişsiz şəraitdə olan uşaq bu qabiliyyətini itirə bilər. Əksinə, genetik baxımdan zəif başlanğıcla doğulan bir uşaq düzgün mühitdə parlaq nəticələr göstərə bilər.

Atanın rolu - zəkanın deyil, şəraitin memarı

Bu nəticələr atanın övladın intellektindəki rolunu kiçiltmir. Əksinə, ata uşağın çevrəsini formalaşdıran, onu ruhlandıran, tənzimləyən əsas sütunlardan biridir. Lakin saf genetik ötürmə prizmasından baxdıqda, ana amili açıq şəkildə üstünlük qazanır.

Zəka - gen və mühitin vəhdəti

Bütün bu tapıntılar bir daha təsdiqləyir ki, zəka təkcə genetik miras deyil, eyni zamanda sosial və mədəni amillərdən ibarət mürəkkəb bir vəhdətdir. Anadan gələn genetik baza isə bu prosesdə xüsusi, hələ də tam başa düşülməmiş bir rola malikdir. 

Beləliklə, "Ağıllı ana - ağıllı uşaq" ifadəsi sadəcə aforizm deyil, həm də elm tərəfindən təsdiqlənmiş reallıqdır. Amma bu reallığın tam potensiala çevrilməsi üçün düzgün mühit və sevgi dolu tərbiyə mütləqdir.

Seçilən
60
50
moderator.az

10Mənbələr