
Vyana Universitetinin tədqiqatçıları son 100 milyon il ərzində məməlilərdə ana ilə döl arasındakı hüceyrəvi qarşılıqlı əlaqələrin necə formalaşdığını izləyiblər. Məlum olub ki, uğurlu hamiləliyin əsas mexanizmləri insan yaranmazdan çox əvvəl meydana çıxıb. Tədqiqat Nature Ecology & Evolution (NEE) jurnalında dərc olunub.Alimlər insan, siçan və opossum da daxil olmaqla altı heyvan növündə uşaqlıq və cift sərhədindəki hüceyrələrdə genlərin aktivliyini analiz ediblər. Onlar göstəriblər ki, əvvəllər yalnız insana xas hesab edilən ciftin invaziv hüceyrələri əslində qədim təkamül xüsusiyyətidir.Araşdırma həmçinin hamiləliyin daim ana ilə döl arasında mübarizə olduğu fikrini təkzib edib. Əksinə, əksər siqnalların koordinasiyalı olduğu aşkar edilib, baxmayaraq ki, bəzi genlərdə (məsələn, IGF2) “genetik qarşıdurma” əlamətləri müşahidə olunub.Eyni zamanda məlum olub ki, təkamül prosesində həm ana, həm də döl bir-birinə uyğunlaşaraq yeni hormonal tənzimləmə formaları qazanıb. Bu da hamiləliyin uzanmasına və nəsilin inkişafının daha mürəkkəb olmasına şərait yaradıb.Alimlərin fikrincə, bu tədqiqatda istifadə olunan yanaşma — hüceyrə analizinin təkamül modelləşdirməsi ilə birləşdirilməsi — yalnız hamiləliyin mənşəyini deyil, digər bioloji sistemlərin də başa düşülməsi üçün yeni imkanlar açır.“Artıq biz təkcə orqanların deyil, onların arxasında dayanan hüceyrəvi dialoqların da təkamülünü izləyə bilirik,” – deyə araşdırmanın həmmüəllifi Silviya Basanta bildirib. “Bu, gələcəkdə hamiləliklə bağlı fəsadların diaqnostikası və müalicəsi üçün yeni üsulların əsasını qoya bilər.”Ulusum.az
Diqqət Çəkənlər
Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO