Bu gün İtaliyanın Kaorle şəhərində 15 yaşlı güləşçilər arasında Avropa çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 sərbəst güləşçisi finala vəsiqə qazanıb.

Bunlar Cavanşir Süleymanov (38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq), Məhəmməd Həsənli (62 kq) və Elgün Kərimlidir (85 kq).

Daha 4 həmyerlimiz - Tunar Sultanzadə (48 kq), Elcan Həsənov, Murad Hüseynov (hər ikisi 57 kq) və Xəyal Şükürlü (68 kq) bürünc medal uğrunda güləşəcəklər.

Bu gün xalça üzərinə çıxan Yusif Hüseynov (52 kq) mübarizəni ilk, Sərxan Musayev (38 kq) və Elvin Nəcəfzadə (75 kq) isə 1/4 final mərhələsində dayandırıb.   

Medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.