AZ

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün F qrupunda mübarizə başa çatıb.

"Mamelodi Sandauns” - "Fluminense" qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Ulsan HD" komandasını tək qolla yenib.

Bu nəticələrdən sonra “Borussiya” və “Fluminense” pley-offa yüksəliblər.

25 iyun

Mamelodi Sandauns (CAR) Fluminense 0:0

Borussiya (Dortmund, Almaniya) Ulsan HD (Cənubi Koreya) 1:0
Qol: Svensson, 36.

Xal durumu: Borussiya – 7. Fluminense – 5. Mamelodi Sandauns – 4. Ulsan HD – 0.

 

Seçilən
60
fanat.az

1Mənbələr