AZ

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb


Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir. Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Mətləb
Seçilən
6
35
baki-xeber.com

10Mənbələr