AZ

Bezosa şans düşüb: Tramp və Maskın gərginliyi Blue Origin ə sərf edə bilər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın tanınmış milyarderi, "Blue Origin" adlı aerokosmik şirkətin qurucusu Ceff Bezos, prezident Donald Tramp ilə İlon Mask arasında yaranmış gərginlikdən istifadə edərək, şirkətinin dövlətlə əməkdaşlığını gücləndirmək və yeni kontraktlar qazanmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Mənbənin yazdığına görə, iyun ayında Bezos azı iki dəfə Tramp ilə görüşüb. Bundan əlavə, "Blue Origin"in baş direktoru Deyv Limp, Ağ Evin aparat rəhbəri və Trampın yaxın məsləhətçisi Süzan Uayls ilə görüş keçirib. Bu görüşlərdə "Blue Origin"ə yeni dövlət sifarişlərinin verilməsi və Trampın prezidentlik müddəti başa çatmadan əvvəl Ay-a pilotlu uçuş təşkil etmək imkanları müzakirə olunub.

Qəzet qeyd edir ki, Bezos son aylarda Trampın rəğbətini qazanmağa çalışır. Hətta o, prezident Trampı bu həftə Venesiyada keçiriləcək toyuna dəvət edib. Lakin məlum olub ki, prezidentin sıx qrafiki onun tədbirdə iştirakına imkan verməyəcək.

Digər tərəfdən, dünyanın ən varlı adamı olan İlon Mask bu ilin may ayının sonunadək ABŞ hökumətindəki Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) koordinatoru olub və Trampın yaxın çevrəsində yer alıb. Lakin Amerika mediasının yazdıqlarına əsasən, kulislərdə Mask və Tramp arasında münasibətlər bir neçə səbəbdən, o cümlədən Maskın biznes maraqları ucbatından pisləşməyə başlayıb.

5 iyun tarixində Mask dövlət xidmətindən ayrıldıqdan sonra tərəflər arasında sosial şəbəkələr üzərindən açıq və qalmaqallı söz müharibəsi yaşanıb. Sonradan Mask Tramp haqqında dediyi sərt sözlərə görə peşman olduğunu bildirib.

Qeyd edək ki, "Politico" qəzetinin əvvəlki məlumatına görə, Mask və Bezos arasında kosmosun fəthi uğrunda ciddi rəqabət var. Həmin yazıda bildirilir ki, "Blue Origin" ABŞ-da "SpaceX"in əsas rəqibi hesab olunsa da, hələlik ondan xeyli geri qalır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr