ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
İdman.biz xəbər verir ki, son mövsümü Rumıniyada “Tarqu Mureş”də oynayan 26 yaşlı hücumçu “Azərreyl”lə anlaşıb.
O, Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bayduk Azərbaycanda yetirməsi olduğu “Telekom”la yanaşı, “Murov AZ Terminal”ın formasını geyinib. O, həmçinin Polşa, Macarıstan, Rumıniya və Fransada legioner həyatı yaşayıb.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.