AZ

Xətai rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirildi - FOTOLAR+VİDEO

İyunun 25-də Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon Təşkilatının  təşəbbüsü ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

"Unikal" xəbər verir ki, Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, Səxavət Baxışov, Raqif israyılov, şəhid ailələri, qazilər, hərbiyyələr, ziyalılar və şəhərimizin sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəhs edlib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Tanınmış incəsənət ustaları Alim Qasımov, Röya Ayxan, Manana Çaparidze, Mələkxanım Əyyubova, Şəmistan Əlizamanlı, Fərqanə Qasımova, Nazpəri Dostəliyeva, Elnarə Xəlilova,   C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, "Azad" rəqs qrupu və digər müğənnilər bayram ifalarını tamaşaçılara təqdim ediblər. Böyük coşqu ilə keçən bayram konserti  sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Seçilən
10
5
unikal.az

6Mənbələr