AZ

AİB Orta dəhlizinin tam potensialının gerçəkləşdirilməsi üçün 10-dan çox layihə müəyyənləşdirib

Bakı. Trend:

Orta Dəhlizin potensialını tam gerçəkləşdirmək məqsədilə Asiyaİnkişaf Bankı (AİB) 2025–2028-ci illər üçün ümumi dəyəri azı 3,5milyard dollar olan 10-dan çox konkret investisiya layihəsimüəyyənləşdirib.

Trend xəbər verirki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoruYevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankınınillik toplantısı çərçivəsində keçirilən panel müzakirələrindədeyib.

“Ona əlavə olaraq, Orta Dəhlizin inkişafı çərçivəsində bizİstanbulda əlaqəliliyin və ötürücülük qabiliyyətinin artırılmasınadair bir layihənin həyata keçirilməsini planlaşdırırıq. Bu layihəyəyüksək sürətli dəmir yolu xəttinin tikintisi və/və ya Yavuz SultanSəlim körpüsü üzərindən dəmir yollarının inteqrasiyası daxil olabilər. Bu, İstanbulun Bolqarıstan sərhədi ilə birləşdirilməsininəzərdə tutan daha geniş planın bir hissəsi olanİspartakule-Çərkəzköy xəttinə daxil ediləcək”, – deyə o qeydedib.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirənnəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindənkeçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativkimi çıxış edir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistankimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsiləAzərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dənizyollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklifedir.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr