AZ

ADY: Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb

 İyunun 25-də Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb.


Bu barədə Referans-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.


Bildirilib ki, ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: “Artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Seçilən
3
12
referans.az

10Mənbələr