AZ

Azərbaycan lideri Pezeşkianı İsraillə qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib » AzadMedia.az


Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı telefon danışığı zamanı İran-İsrail qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Seçilən
34
18
azadmedia.az

6Mənbələr