AZ

Ey Ulu göylər!

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qədim Çin bayramı – “Səmaya ehtiram günü” mövzusunda yay lektoriyası dinləyiciləri qarşısında mühazirə oxuyub. 

R.Abbasov ay təqvimi ilə 6-cı ayın altıncı gününə təsadüf edən və ilk dəfə Çinin Çjou sülaləsinin hakimiyyəti dövründə qeyd olunmuş bayramın tarixindən danışıb. Çin ənənəsində 6 rəqəmi Yerin gücünü və Kainatın mərkəzini simvolizə edir və iki altı rəqəminin birləşməsi çalışqan və məqsədyönlü insana xoşbəxtlik və firavanlıq gətirə bilər.

R.Abbasov qeyd edib ki, Çjou dövründən bu günə qədər Çində xeyirxah gücü, böyük hökmdarı təcəssüm etdirən, hər bir insanın hərəkət və düşüncələrini görən Səmaya pərəstiş kultu mövcud olmuşdur. Rəvayətə görə, Çin imperatoru hakimiyyətə gələrək, bəşər dünyası ilə Səma arasında vasitəçi olmaq üçün böyük “Səma oğlu” titulunu qəbul etməli və hər il Səmaya hörmət mərasimi keçirməli idi.

“Səmaya ehtiram günü”ndə ailə üzvləri ritual şam yeməyi üçün bir araya toplaşır, təmizlənmə mərasimi keçirir, malik olduqları xoşbəxtlik və uğura görə “Səma”ya minnətdarlıq üçün yeməklər, suvenirlər və çiçəklər gətirirlər.

R.Abbasov, həmçinin tələbələrin Çinin mədəni irsi, çinlilərin qədim inanc və adətləri ilə tanışlığının onların Çin xalqının özünəməxsus mənəviyyatını daha dərindən dərk etməsinə imkan verdiyini vurğulayıb.

XQ 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr