ain.az bildirir, Kulis.az portalına istinadən.
"Sən kimsən ki, mənim haqqımda belə sözlər yazırsan? Allah nə qədər izn veribsə, o qədər yaşayacağam".
Kulis.az xəbər verir ki, bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Səidə Quliyeva deyib.
O, ölüm xəbərini yayan adama səslənib:
"Bir müddətdir ki, haqqımda saytlarda, sosial şəbəkələrdə yalan məlumatlar yayılır. Gah deyirlər xəstələnmişəm, gah deyirlər ölmüşəm. Bu yaxınlarda da dedilər ki, infarkt olmuşam. Bu insanların mədəniyyəti nə dərəcədə aşağıdır ki, belə yalan məlumatlar yayırlar. Mən sağlamam, işimdə-gücümdəyəm. Elə bu gün çəkiliş təklifi gəldi, gedib çəkiləcəyəm. Həmin insana səslənirəm, mənim əzizlərimi, doğmalarımı, tamaşaçılarımı narahat eləmə! Hər şey yaxşıdır. İnfarkt-filan keçirməmişəm. Sən kimsən ki, mənim haqqımda belə sözlər yazırsan? Allah nə qədər izn veribsə, o qədər yaşayacağam. Belə şeylərlə ürək bulandırmayın. O qədər zəng eləyirlər, yazırlar. Narahat olurlar. Kim mənə nə deyirsə, onun özünə qayıtsın!"
Biz niyə yəhudilər kimi ola bilmirik? - Yalçın İslamzadə
Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib
Bu gün IX “Muğam” Televiziya Müsabiqəsi Ağdamda keçiriləcək
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.