Bakı. Trend:
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusununyaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyininrəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinhospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələridüzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibbpersonalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb,onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinAli Baş Komandanı cənab İlham Əliyevin 26 İyun - Silahlı QüvvələrGünü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümümünasibətilə təbriklərini çatdırıb.
Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi iləmaraqlanıb, onların tezliklə sağalaraq xidmətlərini davametmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdimedib.
Hər zaman hərbçilərin müayinə və müalicəsinə xüsusi diqqət vəhəssaslıqla yanaşan Baş Klinik Hospitalın peşəkar tibb personalınınxidmətləri yüksək qiymətləndirilib.