AZ

Aeroport yolunda qəza: ölən və yaralananlar var – VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

Ekologiya.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF 704 dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobili 11 BE 212 nömrə nişanlı “KamAZ”la toqquşub.

Nəticədə “Kia” idarəetmədən çıxaraq aşıb. Avtomobilin sürücüsü və sərnişinlərdən biri xəsarət alıb. Digər sərnişin isə həyatını itirib.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə yerindən görüntüləri Oxu.az-a istinadən təqdim edirik:  



Seçilən
3
9
ekologiya.az

10Mənbələr