Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Media Qrupda və Çin Kommunikasiya Universitetində olub.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Çin Media Qrupda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Daha sonra nümayəndə heyəti Çin Kommunikasiya Universitetində olub. Görüş zamanı media təhsili sahəsində əməkdaşlıq perspektivləri, tələbələrin peşəkar inkişafı, praktiki təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda gələcəkdə ortaq layihələrin və platformaların yaradılması imkanlarına diqqət yetirilib.