Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib.
AFN.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü mübarək!
Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə salam olsun!
“Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik!”