AZ

Tovuzda dönərdən zəhərlənənlər evə buraxılır

  Tovuzda dönərdən zəhərlənənlər xəstəxanadan evə buraxılır.

Referans bildirir ki, TƏBİB-dən APA-nın yerli bürosuna verilən xəbərə görə, 25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.  

Seçilən
9
3
referans.az

10Mənbələr